Əraqçidən Trampa CAVAB
İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Əraqçi ABŞ prezidenti Trampın ABŞ-dakı İran aktivlərinin potensial kompensasiya üçün istifadə ediləcəyi ilə bağlı açıqlamasına reaksiya verib.
İran xarici işlər naziri Seyid Abbas Əraqçi şəxsi sosial media hesabında paylaşım edərək bildirib ki, bir ölkənin aktivlərinin ilkin iddialarla birbaşa əlaqəsi olmayan potensial gələcək iddialar əsasında ələ keçirilməsi təhlükəli və gərginliyi artıran bir presedent yaradacaq.
Əraqçi əlavə edib ki, bu cür resursların istifadəsini alqışlayan və ya bundan faydalananlar yadda saxlamalıdırlar ki, əgər dövlətlər bir-birinin aktivlərinin ələ keçirilməsini adi bir təcrübəyə çevirsələr, heç bir ölkənin aktivlərinin təhlükəsizliyi və toxunulmazlığı olmayacaq.
Nazir vurğulayıb ki, belə bir prosesin yaradacağı xaos və qeyri-sabitlik nə arzuolunan, nə də dinc xarakter daşıyacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp gəmilərə və yüklərə dəyən hər hansı bir ziyana görə kompensasiyanın ABŞ-da yerləşən İran aktivləri hesabına ödəniləcəyini deyib.