Pezeşkiandan Trampa: İnfrastruktura hücum etmək çarəsizlik əlamətidir
İslamazeri.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın İranın həyati əhəmiyyətli infrastrukturunu hədəf almaq təhdidinə qarşı sərt bir bəyanat verib.
Prezident Pezeşkian sosial media paylaşımında enerji və nəqliyyat kimi həyati əhəmiyyətli infrastrukturun bir millətin can damarı olduğunu xatırladıb. O, bu strukturları hədəf almağın mülki şəxslərə və ictimai asayişə hücum olduğunu və bu strategiyanın beynəlxalq hüquqa görə qəbuledilməz olduğunu bildirib.
Pezeşkian deyib: "Nəqliyyat şəbəkələrindən elektrik və su sənayesinə qədər hər şeyi hədəf almaq təhdidi güc nümayişi deyil, bir millətə qarşı çarəsizlik nümayişidir."
Pezeşkian daha sonra əlavə edib: "İran, öz mütəxəssislərinin bilik və imkanlarına, milli birliyə və həmrəyliyə əsaslanaraq, hər cür təzyiq və təhdidlərə qarşı möhkəm dayanacaq."