Ukraynanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb.
İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Xəzər dənizində İran ticarət gəmisinə edilən hücuma etiraz olaraq Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini çağırıb.
Ukrayna ordusunun Xəzər dənizində İran ticarət gəmisinə hücumundan sonra İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə çağırıb.
Xarici işlər nazirinin müavini və Avrasiya məsələləri üzrə baş direktor Mənuçehr Moradi hücumla bağlı İranın sərt etirazını ukraynalı diplomata çatdırıb.
İran tərəfi hücumun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin fundamental prinsiplərini pozduğunu, "təcavüz aktı" təşkil etdiyini və Xəzər dənizi ilə həmsərhəd olan bütün ölkələrin təhlükəsizliyini təhdid etdiyini qeyd edib.
Tehran Ukrayna hökumətinin hadisəyə görə məsuliyyət daşımalı olduğunu və hücumu əmr edənlərin cəzalandırılmalı olduğunu bildirib.
İran həmçinin milli təhlükəsizliyini və maraqlarını qətiyyətlə müdafiə etmək öhdəliyini vurğulayaraq, vətəndaşlarının həyatına və əmlakına edilən heç bir hücumun cavabsız qalmayacağını bildirib.