Birləşmiş Ərəb Əmirliklərindən qlobal qızıl ticarətinə nəhəng bir addım...
İslamazeri.com xəbər verir ki, dünyanın ilk "Qızıl Küçəsi" Dubayda tikilir.
Qızılı rəngli memarlığı ilə diqqət çəkən layihə alış-veriş, turizm və investisiyaları vahid mərkəzdə bir araya gətirəcək. Dubay qlobal qızıl bazarının mərkəzinə çevrilməyi hədəfləyir.
Körfəzin ticarət nəhəngi olan Birləşmiş Ərəb Əmirlikləri qlobal qızıl və zərgərlik bazarında dominantlığını möhkəmləndirməyə başlayıb. Əbu-Dabi hökuməti tərəfindən elan edilən və Dubayda həyata keçiriləcək "Qızıl Küçə" layihəsi memarlıq və kommersiya həcmi baxımından dünyada ilk layihə olacaqdır.