Ayətullah Xamenei İmam Xomeyninin məqbərəsini ziyarət etdi

Ayətullah Xamenei İmam Xomeyninin məqbərəsini ziyarət etdi
Yayınlanma tarixi: 1/31/2026 11:00:01 AM

İran İslam İnqilabının 47-ci ildönümü mərasimləri Ayətullah Xameneinin iştirakı ilə başlayıb

İslamazeri.com xəbər verir ki, İslam İnqilabının qələbəsinin 47-ci ildönümünün ilk günündə və “Fəcr ongünlüyü” tədbirlərinin başlanğıcı münasibətilə İranın Ali Rəhbəri bu gün səhər saatlarında İmam Xomeyninin məqbərəsini ziyarət edərək Quran tilavəti və fatihə oxuyub.

Ayətullah Xamenei məqbərədə namaz qılıb, İslam Respublikasının banisi olan İmam Xomeyninin ruhuna, eləcə də İnqilab şəhidlərinə uca məqamlar diləyib və ehtiramını ifadə edib.

Qeyd edək ki, İran İslam İnqilabının ildönümü münasibətilə ölkə üzrə keçirilən mərasimlər “Fəcr ongünlüyü” çərçivəsində davam etdiriləcək.

GÜNÜN MANŞETLERİ