Dağıstanda iki İŞİD terrorçusu məhv edildi - VİDEO

Dağıstanda iki İŞİD terrorçusu məhv edildi - VİDEO
Yayınlanma tarixi: 1/29/2026 12:25:25 PM

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Dağıstanda planlaşdırılan terror aktlarının qarşısını alıb.

İslamazeri.com xəbər verir ki, xüsusi əməliyyat zamanı qadağan olunmuş beynəlxalq terror təşkilatı ilə əlaqəli iki silahlı şəxs saxlanılarkən zərərsizləşdirilib.

FTX-nin (Federal Təhlükəsizlik Xidməti) İctimai Əlaqələr Mərkəzinin məlumatına görə, şübhəlilər Mahaçqala–Dərbənd dəmir yolu xəttinin bir hissəsinə və bir dini obyektə hücum planlaşdırıblar.

Bildirilib ki, Ulubiyevo dəmir yolu stansiyası yaxınlığında keçirilən əməliyyat zamanı silahlılar silahlı müqavimət göstərib və cavab atəşi nəticəsində məhv ediliblər. Hadisə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslər arasında xəsarət alan olmayıb.

Əməliyyat yerində silah, döyüş sursatı və əl istehsalı partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Şübhəlilərin yaşayış yerlərində isə ekstremist ədəbiyyat və terror təşkilatına aid simvolika tapılıb.

GÜNÜN MANŞETLERİ

Çin ABŞ-a xəbərdarlıq etdi: Əgər İrana hücum edilsə...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Çin ABŞ-a xəbərdarlıq etdi: Əgər İrana hücum edilsə...

1/29/2026 11:34:01 AM
Ruzi duası
DİN

Ruzi duası

1/29/2026 11:15:44 AM