"Washington Post": Tramp sui-qəsd təhdidləri səbəbindən Türkiyədən gizlicə təxliyə edilib

Yayınlanma tarixi: 8/11/2026 2:34:30 PM

"Washington Post" qəzeti: Tramp sui-qəsd təhdidləri səbəbindən gizlicə Türkiyədən uzaqlaşdırılıb.

İslamazeri.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın təhlükəsizlik səbəbləri ilə gizli hərbi təyyarə əməliyyatı vasitəsilə ötən ay Türkiyədən gizli şəkildə təxliyə edildiyi iddia edilib.

"Washington Post" qəzetinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, bu addım İrandan qaynaqlanan "etibarlı sui-qəsd təhdidi"ndən sonra atılıb.

Məlumatda bildirilir ki, Qətərin təqdim etdiyi yeni "Air Force One" təyyarəsində NATO Zirvəsinə gələn Trampın son anda geri dönüş marşrutu dəyişdirilib.

Tramp yola düşməzdən əvvəl "Truth Social" hesabında köhnə mavi prezident təyyarəsindən "köhnə günlərin xatirəsinə" istifadə edəcəyini açıqlayıb.

Ağ Ev yeni təyyarənin yoxlanış üçün İngiltərədəki Mildenhall Kral Hərbi Hava Qüvvələri Bazasına aparılacağını bildirib.

Lakin iddialara görə, köhnə Air Force One təyyarəsinə mindikdən dərhal sonra Tramp gizli şəkildə hava limanında yemək çatdırılma maşınına aparılıb və daha kiçik Hərbi Hava Qüvvələrinə məxsus C-32E hərbi təyyarəsinə aparılıb.

Trampla birlikdə səyahət etdiklərini düşünən təyyarədəki jurnalistlərə mətbuat kabinəsinin pəncərə pərdələrini bağlı saxlamaq tapşırılıb. Jurnalistlər daha sonra ondan vəziyyətlə bağlı suallar verdikdə, Tramp cavabında "Yəqin ki, təhlükəli bir səfərdə idik" deyib.

Ağ Evin Kommunikasiya Direktoru Stiven Çeunq iddialarla bağlı verdiyi açıqlamada, Qətər tərəfindən təqdim edilən təyyarənin prezidentin və komandasının təhlükəsizliyini təmin edən yüksək səviyyəli təhlükəsizlik protokolları ilə təchiz olunduğunu söyləyib.

Çenq əlavə edib ki, ABŞ-ın çoxsaylı düşmənləri var və bu təhdidlərə qarşı durmaq üçün bütün mövcud vasitələrdən istifadə edir.

GÜNÜN MANŞETLERİ