Allahşükür Paşazadə Kazanda Patriarx Kirillə görüşüb

Allahşükür Paşazadə Kazanda Patriarx Kirillə görüşüb
Yayınlanma tarixi: 20.05.2023 12:40:42

Allahşükür Paşazadə Kazanda Patriarx Kirillə görüşüb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Kazan şəhərində keçirilən “Rusiya -İslam aləmi strateji baxış qrupu”nun növbəti illik görüşündə bir sıra ikitərəfli görüşlər keçirib.

İslamazeri.com” xəbər verir ki, QMİ sədri RF Rusiya müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, şeyx Talqat Tacuddin, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, şeyx Ravil Qaynutdin, Moskva şəhərinin müftisi Albir Krqanov, Fələstin dövlətinin Qazil-Qüzatı Məhəmməd Əl-Həbbaş, Beynəlxalq İslam Xeyriyyə Cəmiyyətinin sədri Abdulla Əl-Mətuq və bir sıra digər şəxsiyyətlərlə görüşərək ikitərəfli əlaqələrin inkişaf məsələlərini müzakirə edib.

Forum çərçivəsində Şeyxülislam A. Paşazadənin Moskva və Bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kiril ilə ikitərəfli görüşü keçirilib.

Patriarx Kiril Şeyxülislam A. Paşazadənin müasir İslam tarixinin görkəmli dini lideri, beynəlxalq müstəvidə böyük nüfuza sahib olduğunu vurğuladı. Qeyd etdi ki, şeyx cənablarına xas olan müdriklik, cəsarət və məsələlərə çevik yanaşma qabiliyyəti onu digərlərindən fərqləndirən mühüm insani xüsusiyyətlərdəndir.

“Cənab şeyxin bu xüsusiyyətləri, eləcədə aramızdakı səmimi dostluq və əsl qardaşlıq münasibətləri, sözdə deyil, əməldə həmfikir olmağımızı mən çox yüksək qiymətləndirirəm. Ayrıca mən bu gün Azərbaycan dövlətinə və xalqına, o cümlədən hörmətli şeyx həzrətlərinə ölkənizdə pravoslavlar üçün yaradılmış yüksək şəraitə görə təşəkkür etmək istəyirəm.”

QMİ sədri öz növbəsində Patriarx Kirilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin salamlarını çatdırmaqdan və Patriarx həzrətləri ilə yenidən görüşməkdən şərəf duyduğunu dilə gətirdi.

QMİ sədri Patriarx Kirilə Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin dini zəminə keçməsinin qarşısını almağa, eləcə də Cənubi Qafqazda qarşılıqlı etimadın bərpasına yönəlmiş fəaliyyətinə görə bir daha öz minnətdarlığını bildirdi və iki lider arasındakı səmimi dostluq və həmrəyliyi yüksək qiymətləndirdiyini ifadə etdi.

Patriarx Kiril bundan sonra da Azərbaycan və Erməni dini liderlərinin arasında vasitəçilik rolunu oynamağa hazır olduğunu vurğuladı. “Xahiş edirəm, mənim səmimi salam-dualarımı dərin hörmət və rəğbət bəslədiyim cənab Prezidentə, Mehriban xanıma və Leyla xanıma çatdırın.”

Görüş zamanı tərəflər müxtəlif beynəlxalq dini və dinlərarası dialoq qurumları, o cümlədən, Ümumdünya Kilsələr Birliyi, KAICIID dinlərarası dialoq mərkəzi, habelə digər beynəlxalq təşkilatlarla bağlı məsələləri müzakirə etdilər.

Görüşdə Rus Pravoslav kilsəsinin iyerarxları, Moskva Patriarxiyası xarici kilsələrarası əlaqələr şöbəsini sədri, mitropolit Antoniy, Moskva Patriarxiyası İşlər müdiri mitropolit Dionisiy və Kazan mitropoliti Kiril, QMİ tərəfindən sədrin Birinci müavini, müfti Salman Musayev iştirak ediblər.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55