Nəcəfdə keçirilən dəfn mərasimində iştirak edənlərin sayı 2 milyonu keçib.
İslamazeri.com xəbər verir ki, Xalq Səfərbərlik Qüvvələri (XSQ) İranın şəhid liderinin Nəcəfdə dəfn mərasimində iştirak edənlərin sayının 2,3 milyonu keçdiyini açıqlayıb.
XSQ-nin bəyanatına görə, İraqın Nəcəf şəhərində İranın şəhid liderinin dəfn mərasimində iştirak edənlərin sayı indiyə qədər 2,3 milyonu keçib.
Bəyanatda əlavə edilib ki, iştirakçıların sayı hər dəqiqə artmaqda davam edir.
Bu arada, xəbər mənbələri İbrahim Zəkzəkinin də İraqda keçirilən dəfn mərasimində yas tutanlar arasında olduğunu bildirib.