Suriya İsraillə danışıqlara yenidən başlamağa hazır olduğunu açıqlayıb.
Suriya İsraillə danışıqlara yenidən başlamağa hazır olduğunu açıqlayıb.
İslamazeri.com xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani bildirib.
O qeyd edib ki, Suriya daha əvvəl İsraillə təhlükəsizlik razılaşmasına nail olmağa çalışsa da, İsrail danışıqlar zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.
Şeybaninin sözlərinə görə, Dəməşq gərginliyin azaldılması məqsədilə İsraillə dialoqa yenidən başlamağa hazırdır. Lakin bunun üçün İsrail tərəfinin real siyasi iradə nümayiş etdirməsi vacibdir.