II və III qrupların imtahan nəticələri iki həftəyə elan ediləcək

II və III qrupların imtahan nəticələri iki həftəyə elan ediləcək
Yayınlanma tarixi: 7/6/2026 11:17:00 AM

II və III qrupların imtahan nəticələri iki həftəyə elan ediləcək.

5 iyul 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II ixtisas qrupu, III ixtisas qrupu), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər.

GÜNÜN MANŞETLERİ