Türkiyədə İsrailin casus şəbəkəsi deşifrə olunub

Türkiyədə İsrailin casus şəbəkəsi deşifrə olunub
Yayınlanma tarixi: 6.03.2024 13:49:43

İstanbulda İsrail Kəşfiyyat Xidmətinə (MOSSAD) məlumat ötürməkdə şübhəli bilinən 7 nəfər tutulub.

İslamazeri.com xəbər verir ki, müvafiq əməliyyat Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MKT) və İstanbul polisinin Antiterror Şöbəsi İdarəsi tərəfindən birgə keçirilib.

Məlumata görə, saxlanılanlar arasında özəl xəfiyyə və Türkiyənin keçmiş dövlət qulluqçusu olmuş Həmzə Turxan Ayberk də var; o, yerli telekanalların səhər efirlərində vaxtaşırı şəkildə iştirak edərdi.

Bildirilir ki, MOSSAD özünün “Viktoriya” ləqəbli agenti vasitəsilə Ayberklə əlaqə qurub.

Türkiyə xüsusi xidmət orqanlarından bildirilib ki, Ayberk pul müqabilində MOSSAD-a məlumat satırdı.

Məlumatın toplanılması, o cümlədən də Yaxın Şərqdən olan şəxslərin və şirkətlərin Türkiyədəki fəaliyyətinə dair məlumatların əldə edilməsi üçün Ayberk qruplaşma yaradıb. Qruplaşmaya dövlət xadimləri də daxil olub.

Ayberk görəcəyi işlər barədə 2019-cu ildə Serbiya paytaxtı Belqradda MOSSAD-dan təlimat alıb. İsrail kəşfiyyatı əvvəlcə ona sadə işlər tapşırırdı.

Ayberk MOSSAD-la əlaqə üçü şifrələnmiş rabitə vasitələrindən istifadə edirdi. O, ödənişini isə kriptovalyutada alırdı, bu şəkildə o, öz gəlirlərini gizlətmiş olurdu.

Məlumatların ötürülməsindən əlavə Ayberk təhdidlər və təqiblərlə də məşğul olurdu. O, güddüyü şəxslərin avtomobillərinə izləmə cihazları quraşdırırdı.

GÜNÜN MANŞETLERİ