Oman ABŞ İran arasında danışıqlara başladığını açıqlayıb

Oman ABŞ İran arasında danışıqlara başladığını açıqlayıb
Yayınlanma tarixi: 6/16/2023 2:32:31 PM

ABŞ və İran əsirlərin mübadiləsinə dair razılaşmaya və bir sıra digər sazişlərə yaxındır

İslamazeri.com “Kommersant”a istinadən xəbər verir ki, bunu Vaşinqtonla Tehran arasında vasitəçi kimi çıxış edən Oman hakimiyyəti də təsdiqləyib.

Eyni zamanda, İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıdış perspektivləri diqqət mərkəzində saxlanılır.

Oman bununla bağlı çox optimist olsa da, 2015-ci il müqavilələrinə ikinci həyat vermək asan olmayacaq: Cozef Bayden administrasiyasına həm ölkə daxilindən, həm də xaricdən həddən artıq təzyiq var.

Omanın xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidi ABŞ və İran arasında birbaşa təmasların təfərrüatlarını bölüşüb. Nazir həmçinin bildirib ki, yaxın gələcəkdə İran Vaşinqtonun Tehrana qarşı sanksiyalar tətbiq etməsindən sonra itirdiyi xarici hesablardakı vəsaitlərinə çıxışı bərpa edə bilər.

“Optimizm məhbusların mübadiləsi ilə bağlı danışıqların gedişini ruhlandırır. İran və ABŞ razılığa gəlməyə yaxındır. Yalnız texniki məsələlərdə razılaşmaq qalır”.

 

 

GÜNÜN MANŞETLERİ

Ayətullah Xamenei: Bunu qadağan edirəm!
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Xamenei: Bunu qadağan edirəm!

1/17/2026 5:39:57 PM
Sabah Bakıya sulu qar yağacaq
ÖLKƏ

Sabah Bakıya sulu qar yağacaq

1/17/2026 1:10:01 PM
İslamda qonşuluq haqqı
DİN

İslamda qonşuluq haqqı

1/17/2026 11:21:15 AM