İran mümkün yeni hücumla bağlı xəbərdarlıq edib.
İslamazeri.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin baş sözçüsü briqada generalı Əbülfəzl Şəkərci bildirib ki, İran mümkün yeni hücum halında daha sərt və fərqli metodlarla cavab verəcək.
Əl-Cəzirəyə danışan Şəkərci bildirib ki, İran potensial hədəflərini müəyyən edib və ABŞ və ya İsrailin yeni hücumuna hazırdır.
İran rəsmisi hücumların əhatə dairəsinin yeni bir münaqişədə genişlənə biləcəyini bildirib və xəbərdarlıq edib ki, İranın neft ixracı bloklanarsa, bölgədəki neft daşınmalarına da təsir göstərə bilər.
Şəkərci həmçinin bildirib ki, Hörmüz boğazının təhlükəsizliyini təmin etmək və beynəlxalq ticarəti qorumaq üçün bölgədəki nəzarət saxlanılacaq.