İran ABŞ-ın Omandakı radar sistemlərini vurdu

İran ABŞ-ın Omandakı radar sistemlərini vurdu
Yayınlanma tarixi: 7/17/2026 11:37:05 AM

İran Omandakı ABŞ radar sistemlərinə zərbələr endirib.

İslamazeri.com xəbər verir ki, İnqilab Keşikçiləri tərəfindən verilən 21 nömrəli kommünikedə Omanda yerləşdirilən ABŞ radar sistemlərinin məhv edildiyi bildirilib.

İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilən əməliyyatın 13-cü dalğası Salameh Qayalarında dəniz nəzarət radarını və Omanın Qanem bölgəsində yerləşən ABŞ hava nəzarət radarını hədəf alaraq məhv edib.

Xuzistan, Buşehr, Hörmüzqan və Sistan-Bəlucistan xalqına həsr olunmuş bəyanatda Hörmüz boğazı üzərində nəzarətin qətiyyətlə qorunacağı və cavab tədbirlərinin davam etdiriləcəyi vurğulanıb.

GÜNÜN MANŞETLERİ