Hulusi Akar və Sergey Şoyqu arasında telefon danışığı olub

Hulusi Akar və Sergey Şoyqu arasında telefon danışığı olub
Yayınlanma tarixi: 23.03.2023 11:40:37

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə telefonla danışıb.

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə telefonla danışıb. 
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirlər Ukraynadakı vəziyyəti, Qara dəniz dəhlizi ilə taxıl tədarükünü, eləcə də Suriya şimalındakı vəziyyəti müzakirə ediblər.

Qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün genişləndirilməsi sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edən Hulusi Akar, taxıl daşınmasının fasiləsiz davam etdirilməsinin vacibliyini vurğulayıb.

Akar Türkiyənin bölgədə sülhün və humanitar yardıma çıxışın təmin edilməsinə töhfə verməyə indiyə qədər olduğunu kimi bundan sonra da davam edəcəyini dilə gətirib. 

Suriyanın şimalındakı vəziyyətə də toxunan Akar Türkiyənin bölgədəki yeganə məqsədinin terrorla mübarizə, sərhədlərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək və daha çox humanitar fəlakətlərin qarşısını almaq olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə başlanan danışıqların Suriyada və bütövlükdə regionda sülh və sabitliyə mühüm töhfə verəcəyinə əminliyini ifadə edən H.Akar bu prosesin davam etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

Hulusi Akar həmçinin Türkiyedə baş verən dağıdıcı zəlzələlərlə bağlı Rusiya tərəfinə göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.

GÜNÜN MANŞETLERİ