Nəcəfdə Ayətullah Xameneinin dəfn mərasimində 3 milyon insan iştirak edib

Nəcəfdə Ayətullah Xameneinin dəfn mərasimində 3 milyon insan iştirak edib
Yayınlanma tarixi: 7/9/2026 10:00:01 AM

Nəcəfdə Ayətullah Xameneinin dəfn mərasimində 3 milyon insan iştirak edib.

İslamazeri.com xəbər verir ki, İraqın müqəddəs Nəcəf şəhərində şəhid Ayətullah Xameneinin dəfn mərasimində 3 milyon insanın iştirak etdiyi bildirilib.

İraq mediasının məlumatına görə, Şəhid Ayətullah Seyid Əli Xameneinin Dəfn Mərasimi üzrə Ali Komitəsinin rəsmi sözçüsü general-leytenant Səd Maan bu gün, çərşənbə günü, dəfn mərasimində təxminən 3 milyon insanın iştirak etdiyini açıqlayıb.

Şəhid Ayətullah Xameneinin cənazəsi Nəcəf Beynəlxalq Hava Limanına gətirilib. Onu İraqın Baş naziri Əli əl-Zeydi, digər hökumət rəsmiləri və siyasi partiyaların nümayəndələri qarşılayıblar.

Şəhid liderin dəfn mərasimi Kərbəla şəhərində də keçirilib.

İran liderinin sonuncu dəfn mərasimi bu gün - 9 iyulda Məşhəddə keçiriləcək və cənazəsi İmam Rzanın (ə) ziyarətgahında dəfn olunacaq.

GÜNÜN MANŞETLERİ