HAMAS nümayəndə heyəti atəşkəs danışıqları üçün Qahirədədir

HAMAS nümayəndə heyəti atəşkəs danışıqları üçün Qahirədədir
Yayınlanma tarixi: 7/9/2026 10:56:42 AM

HAMAS nümayəndə heyəti atəşkəs danışıqları üçün Qahirədədir.

HAMAS nümayəndə heyəti Qəzza zolağında daimi atəşkəsin təmin edilməsi və razılaşmanın ikinci mərhələsinə keçidlə bağlı danışıqları başa çatdırmaq məqsədilə Misirin paytaxtı Qahirəyə gəlib.

İslamazeri.com xəbər verir ki, bu barədə HAMAS-ın Siyasi Bürosu rəhbərinin mətbuat müşaviri Tahir ən-Nunu məlumat verib.

Məlumata görə Xəlil əl-Həyyənin rəhbərlik etdiyi nümayəndə heyəti vasitəçilərlə görüşərək daimi atəşkəs, humanitar yardımın artırılması, razılaşmanın birinci mərhələsinin tam icrası və Qəzza Milli İdarəetmə Komitəsinin fəaliyyətə başlamasını müzakirə edəcək.

ən-Nununun sözlərinə görə, Qəzzada mövcud idarəetmə komitəsinin istefasından sonra hakimiyyətin yeni komitəyə təhvil verilməsi üçün bütün inzibati hazırlıqlar tamamlanıb.

GÜNÜN MANŞETLERİ