Livan İslam Müqavimətindən İrana edilən hücumla bağlı BƏYANAT

Livan İslam Müqavimətindən İrana edilən hücumla bağlı BƏYANAT
Yayınlanma tarixi: 3/1/2026 5:11:43 AM

Livan İslam Müqaviməti İrana edilən hücumla bağlı bəyanat yayıb.

İslamazeri.com xəbər verir ki, Livan İslam Müqaviməti – Hizbullah – aylarla davam edən təhdidlərdən sonra İran İslam Respublikasına qarşı Amerika-İsrail birgə hücumu ilə bağlı geniş bəyanat yayıb.

Hücumu "xain" adlandıran hərəkat, əməliyyatın əsas məqsədinin İranı müdafiə qabiliyyətindən və dinc nüvə hüquqlarından məhrum etmək olduğunu iddia edib.

Bəyanatda İsrailin ABŞ-ın dəstəyi ilə keçirdiyi on iki günlük hərbi əməliyyatın uğursuz olduğu iddia edilib.

Hizbullah bu hadisələrin əsl səbəbinin nüvə proqramının özü deyil, əksinə, öz resurslarını qoruyan və Amerika asılılıq sistemini rədd edən bölgədə güclü bir dövlətin mövcudluğuna qarşı dözümsüzlük olduğunu vurğulayıb.

Mətndə İranın "məzlum xalqlara dəstək sütunu" və regional planlara qarşı "aşılmaz bir maneə" olduğu bildirilib.

Beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulmasını qeyd edən Hizbullah, hücumu Amerika administrasiyasının və "sionist qurumun" bölgəni sabitsizləşdirmək siyasətinin davamı kimi xarakterizə edib. Bəyanatda bu zülmkar yanaşmanın məqsədinin xalqı ram etmək və onları işğal layihələrini qəbul etməyə məcbur etmək olduğu bildirilib.

Hizbullah İran xalqının onilliklər boyu davam edən mühasirələrə baxmayaraq ləyaqətini qoruduğunu və bu hücumun yalnız Tehranın qətiyyətini gücləndirəcəyini, bölgədəki bütün ölkələri təhlükə barədə xəbərdar edəcəyini bildirib.

Bu təcavüzün dayandırılmaması halında nəticələrin hər kəsə təsir edəcəyi iddia edildi və "Amerika və İsrail düşmənlərinin bu cinayətkar əməldən yalnız uğursuzluğa düçar olacağı" qeyd edilib.

GÜNÜN MANŞETLERİ

Əhmədinejad sağdır
REGİON / İRAN

Əhmədinejad sağdır

3/1/2026 11:48:43 PM
İlahi rəhbərlərin qanı  cihad yolunu əbədiləşdirir - Əl-Husi
DÜNYA / İSLAM DÜNYASI

İlahi rəhbərlərin qanı cihad yolunu əbədiləşdirir - Əl-Husi

3/1/2026 11:00:01 PM
İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...

3/1/2026 9:44:01 PM