ÜGMADİ bəyanat yaydı

ÜGMADİ bəyanat yaydı
Yayınlanma tarixi: 3/1/2026 9:00:01 PM

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi Ayətullah Xameneinin şəhid edilməsilə bağlı bəyanat yayıb

İslamazeri.com xəbər verir ki, bəyanatda deyilir:

 

"Bismillahir-Rəhmanir-Rəhim
إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
"Həqiqətən biz Allaha məxsusuq və Ona tərəf qayıdacağıq".
İslam aləmi ağır və sarsıdıcı bir itki ilə üz-üzə qalmışdır. Şər İttifaqının terror və təcavüzü nəticəsində böyük alim, müctəhid və İslam ümmətinin müdrik, gəlmiş keçmiş ən böyük şəxsiyyət və rəhbərlərindən biri olan Ayətullah əl-Üzma Seyid Əli Xamneyi-nin şəhadətə yetirilməsi münasibətilə dərin hüznlə başsağlığı veririk.
Şəhid rəhbər ömrünü İslamın ali dəyərlərinin qorunmasına, müsəlmanların birliyinin möhkəmləndirilməsinə və ədalət prinsiplərinin müdafiəsinə həsr etmişdir. Onun elmi irsi, ictimai-siyasi mövqeyi və dini rəhbərliyi uzun illər boyu təkcə İran üçün deyil, bütövlükdə İslam dünyası üçün mühüm əhəmiyyət kəsb etmişdir.
Bununla yanaşı, beynəlxalq hüququ və dövlətlərin suverenliyini açıq şəkildə pozan, mülki şəxslərə qarşı zorakılıq və terror xarakterli əməllərə yol verən və regionda sabitliyi sarsıdan bütün qanunsuz hərəkətləri ən sərt formada qınayırıq. Bu kimi addımlar beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, sülh və təhlükəsizliyə ciddi təhdid təşkil edir. Belə əməllərə yol verən, insanlıq düşmənləri, uşaq qatilləri və imperialist qüvvələrin beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalı olduqlarını qətiyyətlə bəyan edirik.
Bu ağır itki münasibətilə ailəsinə, yaxınlarına, İran İslam Respublikasının xalqına və bütün İslam ümmətinə dərin hüznlə başsağlığı verir, Uca Allahdan şəhidin məqamını ali etməsini, onu Peyğəmbərlər, İmamlar və salehlər sırasında qərar verməsini diləyirik.
Allah-Təala buyurur:
وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ ۚ بَلْ أَحْيَاءٌ وَلَٰكِن لَّا تَشْعُرُونَ
“Allah yolunda öldürülənlərə ‘ölü’ deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz.”
Bəqərə surəsi, 154-cü ayə
Həmçinin buyurur:
الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُوا إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
“O kəslər ki, onlara bir müsibət üz verdiyi zaman deyərlər: ‘Həqiqətən biz Allaha məxsusuq və Ona tərəf qayıdacağıq.’”
Bəqərə surəsi, 156-cı ayə
Allahdan bütün şəhidlərə rəhmət, terror nəticəsində öldürülən körpələrin valideynlərinə səbir, yaralananlara isə tezliklə sağlamlıq və can sağlığı diləyirik."

GÜNÜN MANŞETLERİ

Əhmədinejad sağdır
REGİON / İRAN

Əhmədinejad sağdır

3/1/2026 11:48:43 PM
İlahi rəhbərlərin qanı  cihad yolunu əbədiləşdirir - Əl-Husi
DÜNYA / İSLAM DÜNYASI

İlahi rəhbərlərin qanı cihad yolunu əbədiləşdirir - Əl-Husi

3/1/2026 11:00:01 PM
İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...

3/1/2026 9:44:01 PM