Havanın temperaturu 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yayınlanma tarixi: 2/25/2026 5:28:56 PM

Havanın temperaturu 8 dərəcə enəcək.

Azərbaycanda sabahdan havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

İslamazeri.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fevralın 27-si axşamdan martın 2-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, əsasən axşam və gecə saatlarında sulu qara keçəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında isə fevralın 26-sı günün ikinci yarısından başlayaraq martın 2-dək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var.

Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

GÜNÜN MANŞETLERİ

Qalibaf: İran və Hizbullah birlkdə bir bütündür!
REGİON / İRAN

Qalibaf: İran və Hizbullah birlkdə bir bütündür!

4/16/2026 2:42:34 PM
SABAHIN HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVA PROQNOZU

4/16/2026 1:34:08 PM