İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...

İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...
Yayınlanma tarixi: 3/1/2026 9:44:01 PM

İranın ABŞ-İsrail birgə hücumlarına cavab olaraq başlatdığı raket zərbələri zamanı İsrailin müxtəlif bölgələri hədəfə alınıb.

İslamazeri.com xəbər verir ki, ə ciddi təsir Qüdsün qərbində yerləşən Beit Shemesh (Beyt-Şemeş) şəhərində qeydə alınıb.

İsrailin təcili yardım və polis mənbələrinin məlumatına görə, İranın ballistik raketlərinin Beyt-Şemeş bölgəsinə düşməsi nəticəsində azı 8 nəfər ölüb, onlarla insan yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə İsrailin təcili tibbi yardım qurumu Magen David Adom-a məxsus təxminən 30 təcili yardım avtomobili göndərilib. İsrail ordusu Daxili Cəbhə Komandanlığına bağlı axtarış-xilasetmə qruplarının çoxsaylı tibb personalı və yaralıları təxliyə edən helikopterlə birlikdə bölgədə fəaliyyət göstərdiyini açıqlayıb.

Eyni hücum dalğasında İran raketləri Tel Aviv şəhərinə də düşüb. İsrail mediası burada da bir nəfərin öldüyünü, onlarla şəxsin yaralandığını bildirib.

Raket zərbələri nəticəsində İsraildə gündəlik həyat faktiki olaraq iflic olub. Xüsusilə Tel-Əviv və Qüds başda olmaqla bir çox bölgədə fasiləsiz siqnallar səslənib, əhali sığınacaqlara yönləndirilib. Məktəblər bağlanıb, çoxlu iş yerləri və ticarət mərkəzləri fəaliyyətini dayandırıb.

İsrailin Channel 12 telekanalının məlumatına görə, bazar günü İran tərəfindən atılan bir raket Beyt-Şemeşdə yaşayış binasına birbaşa düşərək “böyük faciə”yə səbəb olub. İlkin məlumata əsasən 9 nəfər həlak olub.

Hadisə yerinə polis komissarı Danny Levy və Qüds bölgə komandanı Avşalom Peled gəlib. Levy əsas prioritetin dağıntılar altında qalanların olub-olmadığını müəyyən etmək və itkinləri tapmaq olduğunu bildirib.

Eyni zamanda Roş HaAyin şəhərində bir ictimai binaya da birbaşa zərbə endirildiyi və infrastrukturun ciddi zərər gördüyü bildirilib.

Qeyd edək ki, İsrail tərəfi rəsmi olaraq müharibə ilə bağlı dağıntı, itki və s. ilə bağlı ciddi senzura tətbiq edir və video, foto yayanlara qarşı həbs təhdidi edir. Lakin bəzən bəzi məlumatların çox yayılmasından sonra, senzura maşını məlumatların yayımlanmasına icazə verir.

GÜNÜN MANŞETLERİ

Əhmədinejad sağdır
REGİON / İRAN

Əhmədinejad sağdır

3/1/2026 11:48:43 PM
İlahi rəhbərlərin qanı  cihad yolunu əbədiləşdirir - Əl-Husi
DÜNYA / İSLAM DÜNYASI

İlahi rəhbərlərin qanı cihad yolunu əbədiləşdirir - Əl-Husi

3/1/2026 11:00:01 PM
İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...

3/1/2026 9:44:01 PM