BGMİ Şeyxi və müftisindən başsağlığı

BGMİ Şeyxi və müftisindən başsağlığı
Yayınlanma tarixi: 3/1/2026 8:25:27 PM

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi və Şərqi Gürcüstan müftisi İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin qətlə yetirilməsi münasibətilə bəyanat yayıb.

İslamazeri.com xəbər verir ki,  Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev və Şərqi Gürcüstan müftisi Etibar Eminov İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin şəhid edilməsi münasibətilə bəyanat yayıb.

 

BGMİ Şeyxinin Bəyanatında deyilir:

“Bağışlayan və Mehriban Allahın adı ilə
 
“Həqiqətən Allaha məxsusuq və Ona dönəcəyik.” (Bəqərə 156).
 
İran İslam İnqilabının Ali Rəhbəri, böyük alim və mərcəyi-təqlid Ayətullah Seyid Əli Xameneinin şəhid edilmə xəbəri bütün İslam aləmini dərin hüznə qərq etmişdir. Bu, yalnız İran xalqının deyil, bütün müsəlman ümmətinin böyük mənəvi itkisi olmuşdur.
Ayətullah Xamenei uzun illər boyu həm siyasi rəhbər, həm də ali dini məqam sahibi kimi milyonlarla müsəlmanın dini və ictimai həyatında mühüm rol oynamış, İslam maarifinin yayılmasına, ümmətin birliyinə və ədalət prinsiplərinin qorunmasına böyük töhfələr vermişdir. Onun elmi irsi və ümmətə göstərdiyi qayğı İslam dünyasında silinməz iz qoymuşdur.
Xüsusilə vurğulamaq lazımdır ki, Mübarək Ramazan ayında, bir mərcəyi-təqlidin öz evində xarici ordunun hərbi əməliyyatı nəticəsində şəhid edilməsi — insan ləyaqətinə, beynəlxalq hüquqa və İslam ümmətinə qarşı ən ağır təcavüzdür. Bu amansız əməl bütün ümmətin qəlbini yaralamış, müsəlmanlara ağır zərbə vurmuşdur. Biz bu hadisəni qətiyyətlə pisləyirik və onu bəşəriyyətə qarşı açıq bir cinayət kimi qiymətləndiririk.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi olaraq, biz İran xalqına, dünya müsəlmanlarına və Ayətullah Xameneinin ailəsinə dərin hüznlə başsağlığı veririk.
Allah-Təala bütün şəhidlərə rəhmət etsin, İslam ümmətinə səbir və möhkəmlik bəxş etsin.
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.”
 
Şərqi Gürcüstan müftisinin bəyanatında isə deyilir:
“İran İslam Respublikasının ali dini lideri, Ayətullah Əli Xameneinin vəfatı xəbərini dərin kədər və təəssüf hissi ilə qarşıladıq. Onun uzun illər boyu İslam ümmətinə göstərdiyi xidmətlər, dini-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələr hər zaman hörmətlə xatırlanacaqdır.

 

Bu ağır itki münasibətilə İran xalqına, dini alimlərə və bütün müsəlman qardaşlarımıza başsağlığı verir, mərhumun ruhuna Allahdan rəhmət, yaxınlarına səbir diləyirik.
Allah-Təala onu Öz rəhməti ilə mükafatlandırsın.”

GÜNÜN MANŞETLERİ

Əhmədinejad sağdır
REGİON / İRAN

Əhmədinejad sağdır

3/1/2026 11:48:43 PM
İlahi rəhbərlərin qanı  cihad yolunu əbədiləşdirir - Əl-Husi
DÜNYA / İSLAM DÜNYASI

İlahi rəhbərlərin qanı cihad yolunu əbədiləşdirir - Əl-Husi

3/1/2026 11:00:01 PM
İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...

3/1/2026 9:44:01 PM