İsrailli tədqiqatçı: İranlılar Trampa dərs keçərək onu alçaldırlar
İslamazeri.com xəbər verir ki, İsrail Xarici İşlər və Təhlükəsizlik Mərkəzinin baş elmi işçisi Yoni Ben Menahem, İranla danışıqların Vaşinqton üçün tələyə çevrildiyini deyib.
Ben Menahem bildirib ki, “İranlılar onlara dərs deyir, onları alçaldır. Dünyanın ən böyük gücü Tehrandan cavab gözləyir”.
Ben Menahemin sözlərinə görə, böyük bir hücumdan dərhal əvvəl danışıqlara girmək ABŞ-ın mövqeyinə “zərər vurub” və İrana “üstünlük” verib.
Ben Menahem vəziyyəti dəyişdirməyin “yeganə yolunun” hərbi təzyiqə qayıtmaq olduğunu vurğulayaraq bildirib ki, “Donald Tramp bu tələdən yalnız hərbi hücumla xilas ola bilər”.
O, həmçinin atəşkəsin İrana öz potensialını bərpa etmək imkanı verdiyini qeyd edərək əlavə edib ki, “əsl sınaq razılaşma bitdikdə hərbi əməliyyatlara qayıdışın olub-olmayacağı, yoxsa prosesin uzadılacağıdır”.
Ben Menahem müharibənin gedişatını qiymətləndirərkən ilkin “strateji səhvlərin” mövcud vəziyyəti yaratdığını bildirib və deyib:
“Amerikanın müharibənin əvvəlində etdiyi strateji səhv bizi bu nöqtəyə gətirib çıxardı; görün bütün müharibə məqsədləri necə tərsinə çevrilib və hər şey Hörmüz boğazını açmaq demək olub.”
O, həmçinin ABŞ və İsrailin ilkin hücumla İranın tez bir zamanda zərərsizləşdiriləcəyini və Hörmüz boğazı məsələsinin ortaya çıxmayacağını düşündüklərini, lakin bunun “baş verdiyini” bildirib.