İslamabadda şiə məscidində partlayış olub.
İslamazeri.com xəbər verir ki, Pakistan polisi İslamabadda yerləşən şiə məscidində partlayış baş verdiyini açıqlayıb.
Hadisə cümə namazı zamanı qeydə alınıb və ilkin məlumatlara görə, intiharçı terror aktı olduğu ehtimal edilir.
Polis və xilasedici xidmətlər hadisə yerinə cəlb edilib, bununla əlaqədar şəhər üzrə fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Partlayış İslamabadın Terlay rayonunda yerləşən Xədicə Kübra məscidində baş verib.
Həlak olan və yaralananların dəqiq sayı hələlik açıqlanmayıb.