Azərbaycanda son bir ildə beyin ölümü keçirmiş 11 meyitdən orqan transplantasiyası həyata keçirilib.
"İslamazeri.com" xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi Mircəlal Kazımi "DOST TV"nin canlı efirində deyib.
Onun sözlərinə görə, bu günə qədər 1 500 orqan köçürülməsi əməliyyatı icra olunub:
"Onlardan 11-i meyit donordan alınan orqanların transplantasiyasıdır".
Xatırladaq ki, 2025-ci il fevralın 24-də Azərbaycanda ilk dəfə meyit donordan alınan orqan köçürülməsi həyata keçirilib. 2025-ci il oktyabrın 31-də isə Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.