İsrail atəşkəsi yenidən pozur: Livana hava hücumları başlayıb

İsrail atəşkəsi yenidən pozur: Livana hava hücumları başlayıb
Yayınlanma tarixi: 2/6/2026 12:38:46 PM

İsrail atəşkəsə baxmayaraq Livana hava hücumları həyata keçirib. İsrail hərbi təyyarələrinin Livandakı Hizbullah hədəflərini hədəf aldığı iddia edilir.

İslamazeri.com xəbər verir ki, İsrail atəşkəsə baxmayaraq tez-tez hədəf aldığı Livanın müxtəlif bölgələrinə hava hücumları təşkil edib. İsrail ordusunun açıqlamasında hərbi təyyarələrin Livandakı Hizbullah hədəflərinə zərbələr endirdiyi iddia edilib.

Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail təyyarələri cənubi Nəbatiyyə qubernatorluğundakı Mahmudiyyə şəhərinə hücum edib.

Sosial mediada yayılan görüntülərdə Mahmudiyyədəki hədəf alınan ərazidən tüstü qalxdığı görünür.

NNA həmçinin İsrail təyyarələrinin cənubdakı Mahmudiyyə və Serire şəhərlərini, şərqdəki Şibeil vadisini, Hermel ətrafını və Baalbek bölgəsindəki Budayi və Felaviyyə şəhərlərini əhatə edən əraziləri hədəf aldığı bildirilib.

Daha sonra İsrail hərbi bəyanatında Livanda bir sıra hava hücumlarının yeraltı Hizbullah silah anbarlarını hədəf aldığı iddia edilib. İsrail, demək olar ki, hər gün hücumlarla 27 noyabr 2024-cü ildə Livanla imzaladığı atəşkəs müqaviləsini pozur.

GÜNÜN MANŞETLERİ

İsrail atəşkəsi yenidən pozur: Livana hava hücumları başlayıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail atəşkəsi yenidən pozur: Livana hava hücumları başlayıb

2/6/2026 12:38:46 PM
Azərbaycan XİN: Türkiyənin yanındayıq!
ÖLKƏ / MÜNASİBƏT

Azərbaycan XİN: Türkiyənin yanındayıq!

2/6/2026 10:58:45 AM