İran komandanı ərazidə yaşayan sionistlər üçün təxliyə xəbərdarlığı edib.
İslamazeri.com xəbər verir ki, Xatəmul-Ənbiya Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdullahi işğal olunmuş Fələstinin şimalında yaşayan sionistlər üçün təxliyə xəbərdarlığı edib.
General-mayor Əli Abdullahi bildirib ki, əgər sionist İsrail Beyrutun Dahiyyə rayonunu hədəfə alsa, İran da işğal olunmuş şimal Fələstin ərazilərini və hərbi bölgələrini hədəfə alacaq.
İran xarici işlər naziri Seyid Abbas Əraqçi də ABŞ və sionist rejiminə xəbərdarlıq edərək deyib: "İstənilən cəbhədə atəşkəsin pozulması bütün cəbhələrdə pozuntu deməkdir".
Qeyd edək ki, atəşkəs razılaşmasına baxmayaraq, İsrail rejimi Livanın müxtəlif ərazilərini bombalayır.
İsrailin Baş naziri Netanyahu İsrail ordusuna Livanın paytaxtı Beyrutun Dahiyyə rayonuna hava hücumları etməyi əmr edib.
Bu arada, soyqırım törədən İsrail ordusu Beyrutun Dahiyyə rayonunun sakinlərindən evlərini tərk etmələrini istəyib.