Livanda ölənlərin sayı 3433-ə çatıb

Livanda ölənlərin sayı 3433-ə çatıb
Yayınlanma tarixi: 6/2/2026 11:43:58 AM

Atəşkəs razılaşmasına baxmayaraq, İsrail rejimi Livanın müxtəlif bölgələrini bombalamağa davam edir.

İslamazeri.com xəbər verir ki, Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrail hücumlarında şəhid və yaralıların sayı ilə bağlı son rəqəmləri açıqlayıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəsə baxmayaraq, sionist İsrailin 2 martdan bəri Livana qarşı həyata keçirdiyi hücumlarda şəhidlərin sayı 21 nəfər artaraq 3433-ə çatıb. Həmçinin 10395 nəfər yaralanıb.

Səhiyyə Nazirliyi dünənki açıqlamasında 2 martdan bəri İsrailin Livana hücumlarında 3412 nəfərin öldüyünü bildirib.

Qeyd edək ki, İsrailin Baş naziri Netanyahu İsrail ordusuna Livanın paytaxtı Beyrutun Dahiye rayonuna hava hücumları etməyi əmr edib.

İsrail ordusu həmçinin Beyrutun Dahiye rayonu sakinlərinə evlərini tərk etməyi əmr edib.

GÜNÜN MANŞETLERİ

Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

6/2/2026 1:00:01 PM