Xarici İşlər Nazirliyi İranın atəşkəs pozuntularının regional sülh və təhlükəsizlik üçün təhlükəli nəticələri barədə dəfələrlə xəbərdarlıq etdiyini xatırladıb.
İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyi İsrail rejiminin atəşkəsi pozması ilə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda deyilir: "Xatırlatmaq istərdik ki, 8 aprel 2026-cı il tarixli atəşkəs razılaşmasına uyğun olaraq, ABŞ və Sionist rejiminin İran İslam Respublikasına qarşı apardığı müharibə Livan da daxil olmaqla bütün cəbhələrdə başa çatıb.
9 apreldən bəri ABŞ İranın ticarət gəmilərinə hücum edərək atəşkəsi dəfələrlə pozub. Eyni zamanda, Sionist rejimi də atəşkəsi ciddi şəkildə pozaraq Livanın ərazi bütövlüyünə və milli suverenliyinə qəsd edib. Bu hücumlar nəticəsində bir neçə min livanlı şəhid olub və yaralanıb, iki milyon insan didərgin düşüb, ölkənin infrastrukturu və evləri ciddi ziyan görüb."
Bəyanatda vurğulanıb ki, atəşkəsin istənilən cəbhədə pozulması bütün cəbhələrdə pozuntu hesab olunur.
ABŞ-ın atəşkəsin ilk günlərində İsrail rejiminə Livana hücumlarını dayandırmaq üçün təzyiq göstərməyə çalışdığı barədə açıqlamalarına baxmayaraq, Nazirlik Vaşinqtonun həm İrana qarşı atəşkəs pozuntularına, həm də İsrailin Livana qarşı pozuntularına görə birbaşa məsuliyyətinin dəyişməz qaldığını və ABŞ-ın bu vəziyyətin nəticələri və təsirlərinə görə məsuliyyət daşıyacağını bildirib.
Xarici İşlər Nazirliyi İranın atəşkəs pozuntularının regional sülh və təhlükəsizlik üçün təhlükəli nəticələri barədə dəfələrlə xəbərdarlıq etdiyini xatırladıb.
Yazılı bəyanatda vurğulanıb ki, İran özünümüdafiə hüququ çərçivəsində bütün mövcud vasitələrdən istifadə edərək, zəruri hesab etdiyi hər yerdə və istənilən vaxt öz maraqlarını müdafiə edəcək.