İlin ilk Ay tutulması başlayıb

İlin ilk Ay tutulması başlayıb
Yayınlanma tarixi: 3/3/2026 1:20:05 PM

İlin ilk Ay tutulması başlayıb.

"İslamazeri.com" xəbər verir ki, tutulma saat 18:23-də bitəcək.

Bu tutulma Tam Ay tutulmasıdır və Asiya, Avstraliya, Şimali Amerika və Cənubi Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında müşahidə olunacaq. Azərbaycanda isə Ay üfüqdən aşağıda olduğu və sutkanın işıqlı vaxtına düşdüyü üçün tutulma hadisəsini izləmək mümkün olmayacaq.

Ay tutulması zamanı Yer Günəşlə Ay arasına düşür və Günəş işığının Ay səthinə birbaşa çatmasını məhdudlaşdırır. Bu zaman Yerin kölgəsi Ayın üzərinə düşür və Ay tutulması baş verir. Ay tutulmaları adətən Günəş tutulmalarından daha uzun çəkir, çünki Yerin kölgə sahəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulması yalnız tam Ay fazasında baş verir. Tam Ay tutulması təxminən 105 dəqiqəyə qədər davam edə bilir. Günəş tutulmasından fərqli olaraq Ay tutulması Ayın üfüqdən yuxarıda olduğu hər yerdən müşahidə oluna bilər.

"Qanlı Ay" kimi bilinən hadisə də məhz tam Ay tutulması zamanı baş verir və Ayın rəngi qırmızı çalara boyanır. Bunun səbəbi tutulma zamanı Yer atmosferindən keçən Günəş şüalarının ancaq uzundalğalı hissəsinin Ayın səthinə çata bilməsidir ki, bu zaman qırmızı çalara bürünür.

Qeyd edək ki, Ay tutulması 3 cür olur. Belə ki, Tam Ay tutulması zamanı Ay tamamilə Yerin tam kölgəsinə keçdikdə müşahidə olunur. Qismən Ay tutulması zamanı isə Ay Yerin kölgəsinə qismən keçir. Yarımkölgəli Ay tutulmasında isə Ay ancaq Yerin yarımkölgəsinə daxil olduğu zaman baş verir. Bu zaman Ay bir az tündləşir ki, bu fərqi insan gözü ilə seçmək çətin olur.

GÜNÜN MANŞETLERİ

Livanın cənubunda söküntü işləri aparan israilli podratçı öldürülüb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanın cənubunda söküntü işləri aparan israilli podratçı öldürülüb

4/29/2026 10:32:02 AM
Livanda ölənlərin sayı 2534-ə çatıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda ölənlərin sayı 2534-ə çatıb

4/29/2026 10:00:56 AM
İmam Hüseyn (ə) zərihi gül-çiçəklə bəzədildi - FOTO
DÜNYA / İSLAM DÜNYASI

İmam Hüseyn (ə) zərihi gül-çiçəklə bəzədildi - FOTO

4/28/2026 5:13:30 PM
İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub

4/28/2026 4:50:02 PM