Qalibafdan Trampa: Verilən öhdəliklər bəhanəsiz yerinə yetirilməlidir
İslamazeri.com xəbər verir ki, İran danışıqlar qrupunun lideri Məhəmməd Baqir Qalibaf ABŞ prezidenti Trampın son açıqlamalarına cavab olaraq qarşıdan gələn razılaşma üçün verilən öhdəliklərin heç bir bəhanə olmadan yerinə yetirilməli olduğunu vurğulayıb.
Qalibaf Trampın sözlərinə ingilis dilində sosial media paylaşımı ilə cavab verib.
Qalibaf paylaşımında bildirib:
"Öhdəliklər heç bir "amma", "lakin" və ya bəhanə olmadan yerinə yetirilməlidir. Qarşıdan gələn razılaşma üçün başqa yol yoxdur. Sonda hər kəs əkdiyini biçər."