Colanidən Trampa TƏŞƏKKÜR MESAJI

Colanidən Trampa TƏŞƏKKÜR MESAJI
Yayınlanma tarixi: 5/20/2026 11:20:01 AM

Colani Trampa təşəkkür edib.

İslamazeri.com xəbər verir ki, Suriyadakı Hayat Təhrir əş-Şam (HTS) rejiminin lideri Əbu Məhəmməd əl-Colani (indi Əhməd Şara kimi tanınır) ABŞ prezidenti Donald Trampa ünvanladığı bir mesajda iki lider arasındakı görüşü qiymətləndirdiyini bildirib.

Colani mesajında bildirib ki, "Bəzi görüşlər iz buraxır; bizimkilər isə görünür, bir qoxu ilə yadda qalıb".

Trampa təşəkkür edən Colani deyib: "Cənab Prezident Donald Tramp, səxavətinizə və bu qiymətli hədiyyəni tamamladığınıza görə təşəkkür edirəm".

Colani həmçinin görüşün ruhunun Suriya ilə ABŞ arasında daha güclü münasibətləri formalaşdırmağa davam edəcəyinə ümid etdiyini bildirib.

FOTO

GÜNÜN MANŞETLERİ