Son günlər sosial şəbəkələrdə "ABŞ İran yığmasının futbolçularına viza verməyəcək" şayiələri gəzir.
İslamazeri.com xəbər verir ki, mövzuya İran XİN-in sözçüsü İsmayıl Bəqai dərhal aydınlıq gətirib.
Bəqai bildirib ki, Türkiyədə FİFA rəhbərliyi ilə çox səmərəli bir görüş keçiriblər.
FİFA rəsmən söz verib ki, turnirə ev sahibliyi edən ölkə bütün qaydalara əməl edəcək.
Diplomatın bəyanatına görə, FİFA rəhbərliyi turnirin təşkilatçısı olan dövlətin bütün beynəlxalq normativlərə və hüquqi şərtlərə tam riayət edəcəyini təsdiqləmiş və rəsmi Tehrana müvafiq zəmanət məktubu təqdim etmişdir.