Qalibaf: ABŞ-nin təlxək siyasətçilərindən möcüzə gözləməyin

Qalibaf: ABŞ-nin təlxək siyasətçilərindən möcüzə gözləməyin
Yayınlanma tarixi: 8/19/2026 12:26:50 PM

Qalibaf: ABŞ-nin təlxək siyasətçilərindən möcüzə gözləməyin.

İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ rəsmilərinə müraciət edərək deyib: "Bu böhrandan çıxa və ya təzyiqi artırmaqla İrandan güzəştlər əldə edə bilməzsiniz".

Qalibaf sosial media hesabı X vasitəsilə ABŞ-ın Tehrana qarşı siyasətini sərt şəkildə tənqid edib.

ABŞ rəsmilərinə müraciət edən Qalibaf deyib: "Amerikalılar daha çox təzyiq göstərməklə İrandan güzəştlər əldə edə biləcəklərini düşünürlər, bu güzəştlər danışıqlar mətninin heç birində yer almayıb".

Qalibaf əlavə edib: "Bessent (Xəzinədarlıq katibi) və Heqset (Müdafiə katibi) bunun öhdəsindən gələ bilməzlər. Bu təlxəklər komandasının möcüzələr göstərəcəyini və sizi özləri yaratdıqları böhrandan xilas etmək üçün sehrbazlar kimi papaqlarından dovşan çıxaracağını gözləməyin".

Qeyd edək ki, ABŞ Maliyyə naziri Skott Bessent əvvəllər İrana qarşı tarixdə ən sərt iqtisadi sanksiyaların gələn həftə qüvvəyə minəcəyini bildirmişdi.

GÜNÜN MANŞETLERİ

Sabah Astaranın üç kəndində qaz olmayacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Astaranın üç kəndində qaz olmayacaq

8/19/2026 1:26:45 PM
Sabah bəzi rayonlarda leysan olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah bəzi rayonlarda leysan olacaq

8/19/2026 1:21:43 PM