Pakistanın müdafiə naziri: İsrail müharibə istəyir, amma müharibə olmayacaq
Pakistanın müdafiə naziri Məhəmməd Asif deyib: "İsrail müharibənin yenidən başlamasını çox istəyir, amma müharibənin olacağını düşünmürəm".
İslamazeri.com xəbər verir ki, "Arab News"-un məlumatına görə, Pakistanın müdafiə naziri Məhəmməd Asif regiondakı son hadisələri qiymətləndirib.
ABŞ-İran müharibəsinin yenidən başlayacağı soruşulduqda, Asif belə cavab verib: "İsrail müharibənin yenidən başlamasını və ABŞ-ın da ona qoşulmasını çox istəyir; amma Amerika ictimai rəyi müharibəyə qarşıdır. Mən diplomatiya üzrə mütəxəssis deyiləm, amma mənim fikrimcə, artıq müharibələr olmayacaq".
Amerika ictimai rəyinin regionda yeni bir müharibəyə qarşı olduğunu vurğulayan Asif deyib: "Müharibələr ictimaiyyət onları dəstəklədikdə baş verir. İctimai rəy dəstəkləmədikdə isə müharibələr olmur".