İraq: Ərazimiz hücum üçün istifadə olunmayacaq

İraq: Ərazimiz hücum üçün istifadə olunmayacaq
Yayınlanma tarixi: 5/18/2026 11:47:01 AM

İraqdan sərt mövqe: “Ölkə ərazisi heç bir xarici hücum üçün istifadə olunmayacaq”

İslamazeri.com xəbər verir ki, İraq Silahlı Qüvvələrinin Baş Komandanlığı sözçüsü ölkə ərazisinin başqa ölkələrə qarşı hücumlar üçün istifadə olunmasına icazə verilməyəcəyini açıqlayıb.

İraq Silahlı Qüvvələrinin Baş Komandanlığı sözçüsü İraqın başqa ölkələrə qarşı hücumlar üçün bir baza halına gəlməsinə icazə verməyəcəklərini bildirib.

“Əl-Məyadin”in yaydığı açıqlamada sözçü belə deyib: “İraq ərazisinin digər ölkələrə qarşı hücum bazası olmasına icazə verməyəcəyik.”

Həmçinin qeyd olunub ki, İraq hökuməti milli sabitliyi qorumaq məqsədilə münaqişə oxlarından uzaq durma siyasəti yürüdür.

GÜNÜN MANŞETLERİ