Beytül-mal nədir?

Beytül-mal nədir?
Yayınlanma tarixi: 2/21/2026 10:48:58 AM

Beytül-mal nədir?

İslamazeri.com: İslamın ilk əsrlərində yığılan bütün vergilər və döyüşlərdə qazanılan qənimətlər xəzinəyə toplanır, sonra təyinatı üzrə xərclənirdi. Ehtiyacı olan hər bir müsəlman buradan pay alırdı. Bu xəzinə beytül-mal (ərəb dilindən tərcüməsi əmlak evi, əmlakın toplandığı yer) adlanırdı. Beytül-mala toplanmış vəsait ölkənin abadlaşdırılmasına, dövlət mə­murlarının və ordunun məvacibinə, şəhid ailələrinə, kasıb müsəlmanların yaşayışının təmin edilməsinə sərf olunurdu. Həmçinin, ömürlük həbs cəzasına məh­kum olunmuş şəxsin ailəsinin təminatı, qatili məlum olmayan ölünün qanbahası, borcunu ödəməyə imkanı olmayan adamın borcu da beytül-maldan verilirdi. O dövrdə beytül-mal ehtiyaclıların ümid yeri olan xəzinə idi. Beytül-mal siyahısından çıxarılmaq ən böyük cəzalardan sayılırdı. Bəzən zalım hakimlər onların qəzəbinə düçar olmuş şəxslərin adını beytül-mal dəftərindən çıxarır, bununla da həmin şəxslərə ciddi maddi ziyan vurmuş, onları dövlət himayəsindən məhrum etmiş olurdular.

GÜNÜN MANŞETLERİ

Minlərlə fələstinli Məscidül-Əqsaya toplaşdı
DÜNYA / İSLAM DÜNYASI

Minlərlə fələstinli Məscidül-Əqsaya toplaşdı

2/21/2026 12:00:10 PM
Bu gün Beynəlxalq Ana Dili Günüdür
ÖLKƏ / MÜXTƏLİF

Bu gün Beynəlxalq Ana Dili Günüdür

2/21/2026 11:41:09 AM
Beytül-mal nədir?
DİN

Beytül-mal nədir?

2/21/2026 10:48:58 AM