Bakıda cüdo texnikaları üzrə imtahan keçiriləcək

Bakıda cüdo texnikaları üzrə imtahan keçiriləcək
Yayınlanma tarixi: 2/18/2026 2:21:01 PM

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo texnikaları üzrə imtahan keçiriləcək.

"İslamazeri.com" ACF-yə istinadən xəbər verir ki, imtahanda U-14 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə cüdoçular iştirak edə bilərlər.

Təsdiqlənmiş qrafikə əsasən, fevralın 19-20-də Bakı və Abşeron–Xızı regionları, 21-22-də isə yalnız digər region klubları sınaqdan keçəcəklər.

İmtahanda iştirak könüllüdür. Qaydalara əsasən, imtahan xalının hesablanması üçün idmançı yarışda və ya rəsmi çəkidə mütləq iştirak etməlidir. Rəsmi çəki limitini 5%-dən çox aşaraq kəsilən idmançının imtahan xalı nəzərə alınmayacaq.

Ümumi bal hesablanarkən yarış nəticəsinə görə verilən xalların 70%-i, imtahanda toplanan xalların isə 30%-i əsas götürüləcək.

Qeyd edək ki, imtahan fevralın 19-dan 22-dək Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.

GÜNÜN MANŞETLERİ

İsrail Livanda quru əməliyyatına hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda quru əməliyyatına hazırlaşır

8/13/2026 4:06:16 PM
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
ÖLKƏ / MÜXTƏLİF

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

8/13/2026 3:27:24 PM
İsrail Livandakı yaşayış məntəqələrini sistemli şəkildə dağıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livandakı yaşayış məntəqələrini sistemli şəkildə dağıdır

8/13/2026 3:24:17 PM
Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
ÖLKƏ / MÜXTƏLİF

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

8/13/2026 3:08:36 PM