İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək

İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
Yayınlanma tarixi: 2/20/2026 9:28:17 PM

22 fevralda İranın yol və şəhərsalma naziri və Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeq Azərbaycana səfər edəcək.

İslamazeri.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Qeyd olunur ki, səfərdə iranlı naziri yüksək səviyyəli heyət müşayiət edəcək.

Nazir səfər çərçivəsində 23 və 24 fevralda Bakıda keçiriləcək Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclasına qatılacaq.

İclasda iki ölkə arasında birgə layihələr, avtomobil yolu və dəmiryolu nəqliyyatı və yükdaşıma, enerji, ticarət və sair əməkdaşlıq sahələrində danışıqlar başa tutacaq.

GÜNÜN MANŞETLERİ

İsrail Livanı bombaladı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanı bombaladı: Ölən və yaralananlar var

2/21/2026 12:16:58 AM