Belçikadan İsrailə qarşı YENİ EMBARQO

Belçikadan İsrailə qarşı YENİ EMBARQO
Yayınlanma tarixi: 1/24/2026 10:40:01 AM

Belçika, İsrailə silah və hərbi texnika daşıyan təyyarələrin hava məkanından istifadəsini və texniki eniş etməsini qadağan edib.

İslamazeri.com xəbər verir ki, Belçika Xarici İşlər Nazirliyinin mənbələrindən əldə edilən məlumata görə, İsrailə silah və hərbi texnika daşınmasının qarşısını almağa yönəlmiş embarqo qüvvəyə minib.

Belçika Xarici işlər naziri Maksim Prevot tərəfindən başladılan tədbirin təfərrüatlarını paylaşan "Le Soir" qəzetinin məlumatına görə, müvafiq tərəflər İsrailə hərbi texnika daşıyan aviaşirkətlərin nəqliyyat məlumatlarını Belçika hakimiyyət orqanlarına bildirməli olacaqlar.

Qərar həmçinin əvvəllər yükün təyyarədən boşaldılmadığı texniki dayanacaqlar vasitəsilə daşınmalara icazə verən hüquqi boşluqları da əhatə edir, bu da "dayanmadan tranzit" kimi müəyyən edilir.

Yoxlamalar gömrük və Federal İctimai Nəqliyyat Xidməti (SPF Transport) tərəfindən aparılacaq.

GÜNÜN MANŞETLERİ

Belçikadan İsrailə qarşı YENİ EMBARQO
DÜNYA

Belçikadan İsrailə qarşı YENİ EMBARQO

1/24/2026 10:40:01 AM
Quran tapşırma duası
DİN

Quran tapşırma duası

1/24/2026 10:14:35 AM
Bu gün Həzrət Abbasın (ə) mövlud günüdür
DİN / MÖVLUDLAR

Bu gün Həzrət Abbasın (ə) mövlud günüdür

1/24/2026 9:00:01 AM