DYP yolların buz bağlaması ehtimalı ilə bağlı xəbərdarlıq edib

DYP yolların buz bağlaması ehtimalı ilə bağlı xəbərdarlıq edib
Yayınlanma tarixi: 1/24/2026 11:30:01 AM

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolların buz bağlaması ehtimalı ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Bu barədə "İslamazeri.com"a idarədən məlumat verilib.

Qeyd olunub ki, bir neçə gün davam edən əlverişsiz hava şəraiti nisbətən sabitləşsə də, ötən günlər yağan qarın yaratdığı fəsadlar hələ də qalmaqdadır. Xüsusilə dağlıq və dağətiyi rayonlarda, eləcə də səhər və axşam saatlarında külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yolların buz bağlama ehtimalı sürüşmə riskini dəfələrlə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən yollarda buzlaşma ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir.

GÜNÜN MANŞETLERİ

Belçikadan İsrailə qarşı YENİ EMBARQO
DÜNYA

Belçikadan İsrailə qarşı YENİ EMBARQO

1/24/2026 10:40:01 AM
Quran tapşırma duası
DİN

Quran tapşırma duası

1/24/2026 10:14:35 AM
Bu gün Həzrət Abbasın (ə) mövlud günüdür
DİN / MÖVLUDLAR

Bu gün Həzrət Abbasın (ə) mövlud günüdür

1/24/2026 9:00:01 AM