Azərbaycanda ötən il 31 min 852 cinayət qeydə alınıb

Azərbaycanda ötən il 31 min 852 cinayət qeydə alınıb
Yayınlanma tarixi: 1/23/2026 5:20:03 PM

Azərbaycanda 2025-ci ildə il 31 min 852 cinayət qeydə alınıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına dair kollegiya iclasında bildirilib.

Məlumata görə, onlardan 90,5 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 310 fakt təşkil edib. Cinayətlərin 92,8 faizi və ya 29 min 572-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində araşdırılan hüquqazidd əməllər olmaqla 93,5 faizinin açılması təmin edilib.

Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 90,1, qeyri-aşkar şəraitdə baş verənlərin 90,9, şəxsiyyət əleyhinə olanların 98,9, mülkiyyət əleyhinə olanların 89,5 faizi, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, soyğunçuluqların və quldurluqların hamısı açılıb.

GÜNÜN MANŞETLERİ

Kazimeyndə Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Kazimeyndə Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:28:13 AM
Nəcəfül Əşrəfdə Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Nəcəfül Əşrəfdə Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:16:13 AM
Kərbəlada Qədr gecəsi - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

Kərbəlada Qədr gecəsi - FOTOLAR

3/11/2026 2:08:49 AM