Ayətullah Seyid Əli Sistaninin ofisi Ayətullah Seyid Müctəba Xameneinin İran İslam Respublikasının lideri seçilməsi münasibətilə bəyanat yayıb
İslamazeri.com "Shafaqna"ya istinadən xəbər verir ki, mesajın mətni belədir:
"Bismillahir-rəhmanir-rəhim
İran İslam Respublikasının mərhum rəhbəri Ayətullah Seyid Əli Xameneinin (Allahın rəhməti üzərinə olsun) xatirəsini ehtiramla yad edərək ümid edirik ki, möhtərəm varisi böyük İran xalqına xidmət etməkdə, pis niyyətli düşmənlərin şərini dəf etməkdə və milli birlik və həmrəyliyi qorumaqda müvəffəq və müyəssər olar.
21 Ramazan, 1447 hicri-qəməri
Ayətullah Sistaninin ofisi – Nəcəfi-Əşrəf"