Pezeşkian və Şahbaz Şərif arasında telefon danışığı olub

Pezeşkian və Şahbaz Şərif arasında telefon danışığı olub
Yayınlanma tarixi: 3/11/2026 11:24:25 AM

Pezeşkian və Şahbaz Şərif arasında telefon danışığı olub.

İslamazeri.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.

Zəng zamanı Pezeşkian İranın regional ölkələri hədəf almaq və ya onlarla münaqişəyə girmək niyyətində olmadığını vurğulayıb. İran Prezidenti bildirib ki, yalnız İran ərazisinə hücumların başladığı mənbə nöqtələri özünümüdafiə hüququ çərçivəsində hədəfə alınacaq.

Pezeşkian həmçinin xəbərdarlıq edib ki, əgər beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar İrana qarşı hərbi hücumun və "məcburi müharibənin" əsas günahkarları ilə kifayət qədər mübarizə aparmasalar, qlobal nizam və təhlükəsizlik ciddi şəkildə pozula bilər.

GÜNÜN MANŞETLERİ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb
REGİON / TÜRKİYƏ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb

4/22/2026 2:22:00 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

4/22/2026 1:04:38 PM