Livanda parlament seçkiləri təxirə salınıb.
Livanda keçirilməli olan parlament seçkiləri təxirə salınıb.
İslamazeri.com xəbər verir ki, sözügedən səsvermə may ayında baş tutmalı idi.
Məlumata görə, ölkənin qanunverici orqanı ilə bağlı seçkilər 2 il sonraya keçirilib.
Səbəb kimi isə İsrailin Livana qarşı hərbi təcavüzünün genişlənməsi göstərilib. Hazırda İsrail və Livanın “Hizbullah” hərəkatı arasında döyüşlər gedir.