Keçmiş MOSSAD direktorundan etiraf: Dərin utanc içindəyəm

Keçmiş MOSSAD direktorundan etiraf: Dərin utanc içindəyəm
Yayınlanma tarixi: 4/29/2026 11:37:15 AM

Keçmiş MOSSAD direktorundan etiraf: Dərin utanc içindəyəm

İslamazeri.com xəbər verir ki, Qəzza və Livanda soyqırım cinayətləri törətməyə davam edən və İranda sui-qəsdlərlə bölgəni yandıran sionist İsrail rejimi, öz tərəfindən çıxan etiraflarla sarsılır.

2011-ci ildən 2016-cı ilə qədər Mossad direktoru vəzifəsində çalışan Tamir Pardo, işğal olunmuş Qərb Şəriyəsində yəhudi məskunları və İsrail əsgərləri tərəfindən törədilən qeyri-insani əməllərin şahidi olub.

Kanal 13 televiziyasına danışan Pardo, bölgədə talanlara, fiziki hücumlara və cinsi zorakılığa məruz qalan fələstinli ailələrlə görüşdüyünü və şahidi olduğu vəziyyətin ciddiliyini ortaya qoyduğunu bildirib.

İşğal olunmuş ərazilərdə Fələstin torpaqlarını ələ keçirən silahlı sionist qrupların hərəkətlərini Nasist Almaniyasının əməlləri ilə müqayisə edən Pardo bildirib:

“Gördüklərim mənə ötən əsrdə yəhudilərə edilənləri xatırlatdı. Baş verənlərdən dərin utanıram. Bu, artıq fərdi hadisələr deyil; bu, sistematik yəhudi terroruna çevrilib”.

72 yaşlı keçmiş kəşfiyyat zabiti Qərb Şəriyəsində daşqalaq, yandırma və silahlı basqınların dövlət tərəfindən əlaqələndirildiyini qeyd edib.

Pardo əvvəlki açıqlamasında bölgədəki ikili hüquq sistemini "Aparteid" (irqi ayrı-seçkilik) adlandırmış və İsrailin uçuruma doğru getdiyini bildirmişdi.

GÜNÜN MANŞETLERİ

İsrail Livanda atəşkəsi pozmağa davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda atəşkəsi pozmağa davam edir

4/29/2026 12:11:08 PM
İmam Rza (ə) haqqında yeni VİDEO-muz
DİN

İmam Rza (ə) haqqında yeni VİDEO-muz

4/29/2026 11:21:27 AM
Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
ÖLKƏ / SİYASƏT

Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir

4/29/2026 11:05:48 AM