Tehrandan NATO-nun İran əleyhinə mövqeyinə SƏRT REAKSİYA

Tehrandan NATO-nun İran əleyhinə mövqeyinə SƏRT REAKSİYA
Yayınlanma tarixi: 6/25/2026 11:13:28 AM

Tehran NATO-nun İran əleyhinə mövqeyini sərt şəkildə tənqid edir.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi NATO-nun baş katibi Mark Ruttenin ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarını dəstəklədiyini etiraf etməsini sərt tənqid edib.

Bəqayi bildirib ki, “NATO baş katibinin ABŞ və sionist rejimin İrana qarşı təcavüzkar hərəkətlərində əməkdaşlığı açıq şəkildə etiraf etməsi, təşkilatın Birləşmiş Millətlər Təşkilatının müstəqil üzv dövlətinə qarşı hərbi hücumda fəal iştirakını qəbul etməsi deməkdir. Bu hücum beynəlxalq hüququn məcburi qaydalarının və BMT Nizamnaməsinin fundamental prinsiplərinin açıq şəkildə pozulmasıdır”.

Bəqayi əlavə edib ki, NATO və bu qərarlarda iştirak edən bütün üzv dövlətlər bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdırlar.

Məlumata görə, Rutte bu yaxınlarda bildirib ki, İtaliya ABŞ-ın İrana qarşı əməliyyatları zamanı ölkədəki Amerika bazalarından 500 hərbi təyyarənin uçuşuna icazə verib.

GÜNÜN MANŞETLERİ

Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

6/25/2026 1:20:55 PM
Hizbullah İsraili atəşkəsi qəbul etməyə məcbur etdi
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah İsraili atəşkəsi qəbul etməyə məcbur etdi

6/25/2026 1:13:42 PM
Aşura gününün ƏMƏLLƏRİ
DİN

Aşura gününün ƏMƏLLƏRİ

6/25/2026 11:16:52 AM