Zvika Fogel: "Bir israilli ana əvəzinə, min fələstinli ana ağlasın"

Zvika Fogel:
Yayınlanma tarixi: 12.12.2022 14:16:10

İsraildə Benyamin Netanyahunun yenidən quracağı koalisiya hökumətinin ortağı, ifrat sağçı partiyanın deputatı Zvika Fogeldən qalmaqallı açıqlama gəlib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, İsrailin fələstinlilərə qarşı "çox mərhəmətli" olduğunu deyən Fogel, "Bir israilli ana yerinə min fələstinli ana ağlasın", - deyərək fələstinlilərin qətliamına dəstək verib.

Britaniyanın 4-cü televiziya kanalının müxbiri Secunder Kermaniyə danışan Fogel deyib ki, o, Kermaninin "Siz həmişə təhlükəsizlikdən danışırsınız. Bununla belə, bu münaqişədə israillilərdən daha çox fələstinli ölüb. Əgər daha çox təhlükəsizliyə ehtiyacı olan bir tərəf varsa, o, fələstinlilər olmalı deyilmi?", -  sualına belə cavab verib:

"Kim məni incitmək istəyirsə, mən də onu incidərəm. Məncə, mütənasiblik anlayışı artıq olmamalıdır. Odur ki, sizə çox da xoş olmayan bir şeyi deyim: Bir israilli ana yerinə min fələstinli ana ağlasın".

Kermani buna cavab olaraq deyib: "Ancaq bu, bir hökumət üçün irqçi siyasətdir".

İsrailli siyasətçi onun açıqlamasına cavab olaraq “Biz (Fələstinlilərə qarşı) çox mərhəmətliyik. Biz buna indi son qoymalıyıq. Bunun irqçiliklə heç bir əlaqəsi yoxdur".

GÜNÜN MANŞETLERİ

Min hektardan çox ərazi minalardan təmizlənib - ANAMA
ÖLKƏ / HƏRBİ

Min hektardan çox ərazi minalardan təmizlənib - ANAMA

22.12.2025 14:19:58
Səudiyyə Ərəbistanı yenidən Yəmənə hücum edib
DÜNYA / İSLAM DÜNYASI

Səudiyyə Ərəbistanı yenidən Yəmənə hücum edib

22.12.2025 14:12:35
Bu gün İmam Məhəmməd Baqirin (ə) mövlud günüdür
DÜNYA / İSLAM DÜNYASI

Bu gün İmam Məhəmməd Baqirin (ə) mövlud günüdür

22.12.2025 13:41:42
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜNASİBƏT

Sabahın HAVA PROQNOZU

22.12.2025 13:15:31