"İran qonşu ölkələrə deyil, ABŞ obyektlərinə və bazalarına hücum edir".
İslamazeri.com xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani İranın regiondakı ölkələrə qarşı cavab hücumlarının ABŞ obyektlərini hədəf aldığını bildirərək dedi: "Biz qonşu ölkələrin maraqlarına hücum etmirik. Biz ABŞ obyektlərinə və bazalarına hücum edirik və bu bazalar ev sahibi ölkələrin nəzarəti xaricindədir".
Nyu-Yorkda BMT-nin qərargahında jurnalistlərə danışan İrəvani, diplomatik proseslər davam edərkən ABŞ-ın İrana ikinci dəfə hücum etdiyini vurğulayıb.
İrəvani müharibədən əvvəl İranın ABŞ üçün "yaxın təhlükə" yaratmadığını və ölkəsinin nüvə proqramının "dinc xarakterli" olduğunu bildirib.
Ölkəsinə edilən hücumların BMT Nizamnaməsini və beynəlxalq hüququ pozduğuna diqqət çəkən İrəvani deyib: "İran müharibə və ya gərginlik istəmir, lakin suverenliyini qətiyyətlə müdafiə etməyə davam edəcək".
İranın regiondakı ABŞ bazalarına hücumları ilə bağlı suala İrəvani cavab verib: "Biz qonşu ölkələrin maraqlarına hücum etmirik. Biz ABŞ obyektlərinə və bazalarına hücum edirik və bu bazalar ev sahibi ölkələrin nəzarəti xaricindədir".
İrəvani həmçinin ABŞ və İsrailin İrandakı xəstəxanaları, Qızıl Aypara müəssisələrini, mülki yaşayış məntəqələrini və məktəbləri bombaladığını və Hormozqan əyalətinin Minab şəhərində ibtidai məktəbə edilən hücumda 160-dan çox qızın öldürüldüyünü xatırladıb.